Putin: Rusiya və Çin BMT-də islahatların aparılmasını dəstəkləyir
Putin: Rusiya və Çin BMT-də islahatların aparılmasını dəstəkləyir
Rusiya və Çin Birləşmiş Millətlər Təşkilatında islahatların aparılmasını dəstəkləyir.
Bunu Rusiya prezidenti Vladimir Putin Çinə səfəri ərəfəsində “Xinhua“ agentliyinə verdiyi yazılı müsahibəsində bildirib.
Onun sözlərinə görə, Təhlükəsizlik Şurasında Asiya, Afrika və Latın Amerikası ölkələrinin təmsilçiliyinin artırılması vacibdir.
Vladimir Putin vurğulayıb ki, Moskva ilə Pekinin BMT çərçivəsində əməkdaşlığı hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq ruhuna tam uyğun gəlir”
“Rusiya və Çin BMT Nizamnaməsinin müdafiəsi üzrə Dostlar Qrupunun fəaliyyətinə xüsusi önəm verir. Bu platforma Qlobal Cənub ölkələrinin birləşməsinə və mövqelərinin koordinasiyasına imkan yaradır”, - Kreml rəhbəri əlavə edib.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..