Qapını açanda görüblər ki, uşaq oradadır, kül vəziyyətindədir" - Siyəzəndəki hadisənin TƏFƏRRÜATI
Qapını açanda görüblər ki, uşaq oradadır, kül vəziyyətindədir" - Siyəzəndəki hadisənin TƏFƏRRÜATI
Siyəzəndə üç yaşlı uşaq avtomobildə baş verən yanğın nəticəsində həyatını itirib. Hadisə rayonun Böyük Həmyə kəndində qeydə alınıb.
Ailə yaxını hadisənin təfərrüatı barəsində danışıb.
"Maşın çöldə olub, Hüseynağa orada işləyirmiş. Ona bolt lazım olub, öz həyətlərindəki zirzəmiyə düşüb. Cəmi 3-4 dəqiqənin içində qayıdanda görüb ki, maşının içi tüstüdür. Qabaq qapını açıb - uşaq orada oturubmuş amma görüb ki, uşaq orada yoxdur, maşın alovlanıb.
Dəhşətli alov olub. Orada tapa bilməyib, keçib arxa tərəfləri axtarıb, görüb ki, orada da yoxdur. Axırda şüşəni vurub qırıb ki, o biri qapını açsın. Bu zaman əli də sınıb, yanıb. Əllərində yanıq xəsarətləri var. Qonşuların və xalam oğlunun köməyi ilə qapını açıblar. Açanda görüblər ki, uşaq oradadır, kül vəziyyətindədir".







Oxşar -Yeniinfo.az
Şəhid Seyyid Rəşadın Əziz Xatirəsi Anıldı
Yandırılan məktəblinin son durumu açıqlandı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycandadır
Ağcabədidə ağır qəza: ölən var
Bakıda bu küçə və prospektlər təmir edildi
Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək
Hər gün yumurta yemək olarmı?