Qara dənizdə ticarət gəmilərinə edilən hücumlar zamanı yeni silahlardan istifadə edilib - YENİLƏNİB
Qara dənizdə ticarət gəmilərinə edilən hücumlar zamanı yeni silahlardan istifadə edilib - YENİLƏNİB
Qara dənizdə iki tankerə edilən hücumun Ukrayna tərəfindən həyata keçirildiyi bildirilib.
Bu barədə CNN Türk məlumat yayıb.
Əməliyyatda istifadə olunan silahlı pilotsuz dəniz vasitələri (SİDA) müasir müharibənin hansı mərhələyə çatdığını bir daha göstərib. Mütəxəssislər hücumun hədəfinin Rusiyanın “Həyalət donanması” olduğu barədə həmfikirdir.
Ukrayna Təhlükəsizlik Xidməti hücuma dair görüntüləri paylaşaraq əməliyyatda yeni hazırlanan “Sea Baby” adlı SİDA silahlarından istifadə edildiyini açıqlayıb.
***
01:23
Türkiyə Xarici İşlər Nazirliyi noyabrın 28-də Qara dənizdə Qambiya bayraqlı “KAIROS” və “VİRAT” ticarət tankerlərinə edilən hücumlarla bağlı narahatlığını ifadə edib.
Bu barədə XİN-in “X” hesabında paylaşım edilib:
“Biz dünən (28 noyabr) Qara dənizdə Qambiya bayraqlı “KAIROS” və “VİRAT” ticarət tankerlərinə edilən hücumlardan narahatıq.
Qara dənizdəki Eksklüziv İqtisadi Zonamızda baş vermiş bu hadisələr gəmiçilik, həyat, əmlak və ətraf mühitin təhlükəsizliyi üçün ciddi risklər yaradır.
Qara dənizdə müharibənin yayılmasının və daha da genişlənməsinin qarşısını almaq, ölkəmizin iqtisadi maraqlarına və regiondakı fəaliyyətlərinə mənfi təsirlərin qarşısını almaq üçün müvafiq tərəflərlə əlaqə saxlamağa davam edirik”- paylaşımda deyilir.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib