Quterreş aralarındakı münaqişə yenidən alovlanan Kamboca və Tailandı səbirli olmağa çağırıb
Quterreş aralarındakı münaqişə yenidən alovlanan Kamboca və Tailandı səbirli olmağa çağırıb
BMT-nin Baş katibi Antoniu Quterreş tərəflər arasında münaqişənin kəskinləşməsi fonunda Kamboca və Tailandı səbirli olmağa çağırıb.
Müvafiq paylaşım Baş katibin "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
O, Kamboca və Tailand arasında "yenidən başlayan silahlı toqquşmalar haqqında xəbərlərdən" narahatlığını ifadə edib.
"Mən hər iki tərəfi səbirli olmağa və gərginliyin daha da artmasından çəkinməyə, atəşkəs rejiminə sadiqliklərini təsdiqləməyə və mübahisənin dinc vasitələrlə davamlı həlli üçün bütün dialoq mexanizmlərindən istifadə etməyə çağırıram. BMT regionda sülhün, sabitliyin və inkişafın təşviqinə yönəlmiş bütün səyləri dəstəkləməyə hazırdır", - deyə Quterreş yazıb.
Xatırladaq ki, Kamboca və Tailand arasındakı münasibətlər dekabrın 8-də yenidən kəskinləşib.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..