Qətər İran və İsrail arasında atəşkəs fonunda Qəzza ilə bağlı danışıqlara çağırıb
Qətər İran və İsrail arasında atəşkəs fonunda Qəzza ilə bağlı danışıqlara çağırıb
İran və İsrail arasında əldə olunmuş atəşkəs Qəzza ilə bağlı yeni danışıqlara təkan verir.
Bu barədə “The Times of Israel” Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid Əl-Ənsariyə istinadən xəbər verir.
"İndi ABŞ Prezidenti Donald Trampın təşəbbüs göstərməsi üçün ən yaxşı vaxtdır. Biz bu məsələdə kömək etməyə hazırıq", - Ənsari bildirib.
"İran və İsraildə atəşkəs danışıqlara təkan verdi. Lakin biz hələ çətin vəziyyətdən çıxmamışıq. İndi müzakirə edə bilmədiyim bir çox detallar var, lakin onu deyə bilərəm ki, bunlar danışıqlar zamanı daim dəyişən məsələlərdir", - o qeyd edib.
Ənsari həmçinin İranın Qətər ərazisindəki ABŞ bazasına endirdiyi zərbələri ölkəsinin Tehranla "münasibətlərinə zərbə" adlandırıb.







Oxşar -Yeniinfo.az
Məktəbli 2 qadını öldürdü - Braziliyada
Çin 78 milyard ağac əkdi, bunun bədəlini ödəyir - Xəbərdarlıq
Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
İran münaqişəsi: Tramp böyük risklə üzləşib
ABŞ-dan bu ölkəyə xəbərdarlıq: Sizinlə sonra məşğul olacağıq!
İranda güclü zəlzələ oldu
Ruslar kifayət qədər ağıllıdır, bunu etməyəcəklər, lakin...
Krıma PUA hücumu: beş nəfər öldü