Ramin Məmmədov: Azərbaycanda dini təhsil modelinin təkmilləşdirilməsi qarşıda duran əsas hədəflərdəndir
Ramin Məmmədov: Azərbaycanda dini təhsil modelinin təkmilləşdirilməsi qarşıda duran əsas hədəflərdəndir
Azərbaycanda dini təhsil modelinin təkmilləşdirilməsi qarşıda duran əsas hədəflərdəndir.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 22-də Bakıda "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" keçirilən beynəlxalq simpoziumda deyib.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin dini təhsil modeli tolerantlıq və multikulturalizm dəyərlərinə əsaslanır:
"Klassik islam ənənələri, müasir pedaqoji yanaşmalar üzərində qurulmuş bu modeli təkmilləşdirmək qarşımızda duran əsas hədəflərdən biridir. Sürətlə dəyişən müasir dünyada elmi-texnoloji inkişaf, qloballaşma, informasiya axını, mədəniyyətlərarası əlaqələrin dərinləşməsi yeni fürsətlər yaradır. Lakin bu dəyişikliklər həm də müəyyən mənada xalqların ənənəvi dəyərlər sisteminə təsir göstərir".







Oxşar -Yeniinfo.az
Barat Yusubova Minnətdarlıq və Uğur Arzuları
Şəhid Seyyid Rəşadın Əziz Xatirəsi Anıldı
Yandırılan məktəblinin son durumu açıqlandı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycandadır
Ağcabədidə ağır qəza: ölən var
Bakıda bu küçə və prospektlər təmir edildi
Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək