Rus ordusu aktivliyi artırdı: 106 min hərbçi... - Sırski
Rus ordusu aktivliyi artırdı: 106 min hərbçi... - Sırski
Düşmən faktiki olaraq bütün cəbhə boyu hücum əməliyyatlarını aktivləşdirib və qoşunların yenidən qruplaşdırılmasını həyata keçirir.
Axar.az Yeni info.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski məlumat verib.
O bildirib ki, təmas xəttində vəziyyət mürəkkəb olaraq qalır və hazırda ən gərgin istiqamət Pokrovsk istiqamətidir. Burada Rusiya təxminən 106 min hərbçi cəmləşdirib:
“Düşmənin Oçeretino, Aleksandrovsk, Kupyansk, Konstantinovka istiqamətlərində və Rusiya ilə dövlət sərhədi boyunca yerləşən sahələrdə də fəallığı yüksək olaraq qalır”.
O qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələrinin bölmələri mövqeləri möhkəm şəkildə qoruyur və əlverişli şəraitdə öz aktiv əməliyyatlarını həyata keçirirlər. Həmçinin vurğulayıb ki, Ukrayna hərbçiləri Rusiya ərazisində də tapşırıqları yerinə yetirməyə davam edir - Kursk vilayətində mövcudluq qorunub saxlanılır.
Sırski söyləyib ki, Rusiya ordusu hər gün ən azı min nəfər itki verir.







Oxşar -Yeniinfo.az
Fransanın “Hərbi Xaç” ordenini 2 dəfə alan Abdullayev...
Dünya NATO-nun dağılmasını müşahidə edir - Rasmussen
Zelenskinin İrəvana səfər etməsi... - Köçəryan
Rus ordusu aktivliyi artırdı: 106 min hərbçi... - Sırski
ABŞ ordusu Almaniyadan bu ölkəyə göndərilə bilər - Tramp
Bu ölkə Ukraynaya 53 ədəd F-16 göndərir
İranda zəlzələ oldu
Tokayev Putinə SSRİ-ni xatırladıb bunları dedi