Rus ordusu bu tarixə kimi Donetski tam işğal edə biləcək?
Rus ordusu bu tarixə kimi Donetski tam işğal edə biləcək?
Rusiya qüvvələri 2026-cı ilin sonuna qədər Donetsk vilayətinin bütün ərazisini işğal etmək planını həyata keçirə bilməyəcək.
Axar.az Yeni info.az-a xəbər verir ki, bu fikri ukraynalı hərbi-siyasi icmalçı Aleksandr Kovalenko bildirib.
O qeyd edib ki, söhbət 5300 kvadrat kilometr ərazidən gedir. Bundan əlavə, Slavyansk–Kramatorsk plasdarmı cəbhənin ən möhkəmləndirilmiş sahəsidir:
“Əgər biz Xarkov, Dnepropetrovsk və ya Zaporojye vilayətləri ilə, yaxud Ukraynanın şimalı – Çerniqov və Kiyev vilayətləri ilə müqayisə etsək, Slavyansk–Kramatorsk plasdarmı müdafiə xətləri və müqavimət mövqeləri baxımından ən çox gücləndirilmiş istiqamətdir”.
Ekspertin sözlərinə görə, əgər düşmən Slavyansk və ya Kramatorsk şəhərlərinin kənarına çıxmağı bacarsa, daha böyük problemlə üzləşəcək. Çünki bu şəhərlər əsl istehkam şəhərləri hesab olunur:
“Pokrovsk–Mirnoqrad aqlomerasiyası, yaxud Konstantinovka, Avdeyevka, Baxmut – bunların heç biri Slavyansk və Kramatorskun döyüş potensialı ilə müqayisə oluna bilməz. Bəlkə bu bir qədər sərt səslənir, amma hər bir kənd, hər bir şəhər, hər bir yaşayış məntəqəsi hazırda yalnız düşməni dayandırmaq yox, onu tükəndirmək baxımından çox vacib rol oynayır”.







Oxşar -Yeniinfo.az
Ən çox pambıq harada istehsal olunur?
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi
Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü
Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil oldu
Məmdani Nyu Yorku məhv edir - Tramp