Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
Rusiya artıq strateji baxımdan Ukraynadakı müharibəni uduzub, çünki Prezident Vladimir Putin əvvəlcədən elan etdiyi strateji məqsədlərin heç birinə nail ola bilməyib.
Axar.az Yeni info.az xəbər verir ki, bu fikri NATO Hərbi Komitəsinin keçmiş sədri, admiral Rob Bauer bildirib.
“Əgər onların nəyə nail olmaq istədiyinə baxsaq, görərik ki, heç bir məqsədlərinə çatmayıblar. Onlar hətta 12 illik müharibədən sonra Donetsk və Luqansk vilayətlərini də tam ələ keçirə bilməyiblər. Buna görə hesab edirəm ki, bu, ruslar üçün strateji uğursuzluqdur”, – deyə admiral vurğulayıb.
O xatırladıb ki, Ukrayna 2022-ci ildə ruslar tərəfindən işğal olunmuş ərazilərin təxminən yarısını geri qaytarıb. Onun fikrincə, əgər Ukrayna o vaxt Qərb tərəfdaşlarından sonradan verilən bütün silah sistemlərini əvvəlcədən alsaydı, müharibə indi tamamilə fərqli mərhələdə olardı.
“Ukraynalılar həmin yay əvvəlcə işğal olunmuş əraziləri geri almaqda daha böyük uğurlar qazana bilərdilər”, – deyə o əlavə edib.







Oxşar -Yeniinfo.az
Məktəbli 2 qadını öldürdü - Braziliyada
Çin 78 milyard ağac əkdi, bunun bədəlini ödəyir - Xəbərdarlıq
Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
İran münaqişəsi: Tramp böyük risklə üzləşib
ABŞ-dan bu ölkəyə xəbərdarlıq: Sizinlə sonra məşğul olacağıq!
İranda güclü zəlzələ oldu
Ruslar kifayət qədər ağıllıdır, bunu etməyəcəklər, lakin...
Krıma PUA hücumu: beş nəfər öldü