Rusiya ilə aramızda bu ölkə olmalıdır - Orban
Rusiya ilə aramızda bu ölkə olmalıdır - Orban
Macarıstanla Rusiya arasında başqa bir dövlətin mövcud olması Budapeşt üçün vacibdir.
Bu barədə Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin təhlükəsizliyi ilə bağlı danışarkən deyib.
“Biz Ukraynanın zəifləməsində deyil, güclənməsində maraqlıyıq ki, Rusiya ilə Macarıstan arasında həmişə nəsə olsun – buna hətta Ukrayna da demək olar”, – deyə o bildirib.
O qeyd edib ki, Kiyev Macarıstanın dəstəyinə ümid edə bilər, lakin Ukraynanın Avropa Birliyinə qəbul olunmasına qarşıdır.
Baş nazirin sözlərinə görə, Ukraynanın dörd tələbi var: müharibəni dəstəkləmək, maliyyə yardımı vermək, Rusiya enerji resurslarından imtina etmək və ölkəni Avropa Birliyinə qəbul etmək. O bildirib ki, Macarıstan hökuməti bu tələblərin heç birini yerinə yetirmək istəmir.







Oxşar -Yeniinfo.az
Moskva və Vaşinqton münasibətləri normallaşdırmaqdan uzaqdırlar
Bu ölkədə güclü zəlzələ oldu
ABŞ-la İran arasında nə baş verir? - Türkiyədən açıqlama
Rusiya Lukaşenkonu razı salsa, ordu hücuma keçəcək
İran hərbi əməliyyata başlaya bilər - Qalibaf
Rusiya bizim üçün bütün silahlarından istifadə edəcək
İran hərbi potensialını saxlayır - KİV
Tramp Xarkı ələ keçirməkdən buna görə imtina edibmiş