Rusiya Kiyevə ballistik raketlərlə hücum edib, ölən və yaralananlar var
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib, ölən və yaralananlar var
Rusiya ordusunun Kiyevə ballistik raketlərlə hücumu nəticəsində bir nəfər ölüb.
Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb.
Məlumatına görə, yaralananların sayı 10-a çatıb.
***
09:14
Rusiya ordusu Kiyevə ballistik raketlərlə hücum həyata keçirib.
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkon bildirib.
Zərbələr nəticəsində Dnepr rayonunda yerləşən uşaq bağçasının binasına zərər dəyib.
Tkaçenkonun sözlərinə görə, hadisə nəticəsində ilkin məlumata əsasən, səkkiz nəfər yaralanıb.
Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları fəaliyyət göstərir.
***
04:12
Kiyev şəhərinin meri Vitaliy Kliçko paytaxt ərazisində baş verən partlayışlar barədə məlumat verib.
Bu barədə o, Telegram kanalında paylaşım edib.
“Paytaxtda partlayışlar baş verir”, — deyə Kliçko qeyd edib.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..