Rusiya kəşfiyyatçıları Macarıstana göndərib - Madyar
Rusiya kəşfiyyatçıları Macarıstana göndərib - Madyar
Rusiya Baş Kəşfiyyat İdarəsinin agentləri seçkilərə təsir etmək üçün Macarıstana gəlib.
Bunu Macarıstanın müxalif “Tizsa” partiyasının lideri Peter Madyar deyib.
“Rusiya Baş Kəşfiyyat İdarəsinin agentləri bir neçə həftə əvvəl Budapeştə, ötən il Moldovada olduğu kimi, eyni missiya ilə - seçkilərə təsir göstərmək üçün gəliblər. Çökmək üzrə olan bir hökumətin xarici müdaxilə yolu ilə Macarıstan seçkilərinə təsir göstərməyə çalışması tamamilə görünməmiş bir haldır. Viktor Orbanı bu hərəkəti dərhal dayandırmağa və Macarıstana diplomatik himayə altında gələn Rusiya gizli agentlərini ölkədən çıxarmağa çağırıram”, - Madyar bildirib







Oxşar -Yeniinfo.az
Moskva və Vaşinqton münasibətləri normallaşdırmaqdan uzaqdırlar
Bu ölkədə güclü zəlzələ oldu
ABŞ-la İran arasında nə baş verir? - Türkiyədən açıqlama
Rusiya Lukaşenkonu razı salsa, ordu hücuma keçəcək
İran hərbi əməliyyata başlaya bilər - Qalibaf
Rusiya bizim üçün bütün silahlarından istifadə edəcək
İran hərbi potensialını saxlayır - KİV
Tramp Xarkı ələ keçirməkdən buna görə imtina edibmiş