Telefon
WhatsApp
Rusiya Lukaşenkonu razı salsa, ordu hücuma keçəcək
300 X 250 Reklam Alanı

Rusiya Aleksandr Lukaşenkonu razı sala bilsə, şimalda, xüsusən də Belarus qoşunlarından istifadə edərək, təxribatçı hücum planlaşdıra bilər.

Axar.az Yeni info.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsinin veteranı, "Aydar" batalyonunun sabiq tağım komandiri Yevgeni Dikiy bildirib.

"Mən təxribatçı hücum konsepsiyasını mütləq vurğulayıram. Rusların hazırda şimaldan Kiyevə yürüş etmək və ya Kiyevi Qərbi Ukraynadan ayırmağa cəhd etmək üçün fiziki qüvvələri yoxdur. Onlar bu fürsəti 2022-ci ildə əldən verdilər. Sadəcə olaraq, bunu etmək üçün qüvvələri yoxdur. Lakin onlar orada nəyisə təqlid etməyə, hazırda tamamilə sakitçilik olan Belarus sərhədini Çerniqov və ya Sum bölgələrinin indiki vəziyyətinə bənzər bir şeyə çevirməyə cəhd edə bilərlər. Bunun üçün kifayət qədər qüvvələri var", - Dikiy deyib.

Qeyd edək ki, bir müddət öncə Belarus ehtiyatda olan zabitlər üçün çağırış elan edib. Bundan əvvəl isə Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın yenidən Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etməyə çalışdığı barədə açıqlama verib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150