Telefon
WhatsApp
Rusiya müharibənin gələcəyini yenidən formalaşdırır
300 X 250 Reklam Alanı

Onilliklər ərzində amerikalılar Rusiyanın sərt, mərkəzləşdirilmiş ordusuna və onun uyğunlaşma qabiliyyətinin zəifliyinə yuxarıdan aşağı baxıblar.

Axar.az Yeni info.az xəbər verir ki, bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi əməkdaşı Yekaterina Bondar “Nyu York Tayms” qəzetində dərc olunan məqaləsində qeyd edib.

Onun fikrincə, bu təsəvvür artıq çoxdan köhnəlib:

“Ukraynadakı müharibənin dörd ili ərzində Moskva hərbi innovasiyalara təsirli və praqmatik yanaşma formalaşdırıb. Bu yanaşma daha çox işləyənə üstünlük verir, estetik görünənə yox. Belə ki, geniş miqyasda tətbiq oluna bilənə önəm verir, iddialı olana yox və kağız üzərində müsbət təsir bağışlayana deyil, döyüş meydanında real nəticə verənə fokuslanır.

Rusiya real vaxt rejimində müharibənin gələcəyini yenidən formalaşdırır, süni intellektə əsaslanan idarəetmə və nəzarət sistemləri yaradır və görünür ki, Qərb silahlı qüvvələrinin fəaliyyətini tənzimləyən məhdudiyyətlər olmadan tam avtonom silahlardan istifadə edir”.

Qeyd olunur ki, risklər yalnız Ukrayna müharibəsi ilə məhdudlaşmır və bunu ABŞ İranla qarşıdurma zamanı öz təcrübəsində görüb.

Müəllif izah edib ki, Tehranın Rusiyanın dəstəyi ilə istifadə etdiyi “Şahid” PUA-ları Yaxın Şərqdə ABŞ texnikası və obyektlərinə zərbələr endirib:

“Moskvannın avtonom döyüş əməliyyatları sahəsində əldə etdiyi irəliləyiş bu cür dron hücumlarını daha da dağıdıcı edə bilər. ABŞ üçün Rusiyanın gələcək müharibə yanaşmasını anlamaq vacibdir”.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150