Rusiya ordusunun hücum qabiliyyəti tükənir - İlyenko
Rusiya ordusunun hücum qabiliyyəti tükənir - İlyenko
Rusiyanın Ukraynada aktiv hücum əməliyyatları aparmaq imkanları tükənir.
Bunu Ukrayna ordusunun zabiti Andrey İlyenko “Kiyev 24” televiziya kanalında bildirib.
O, işğalçıların (Rusiya ordusu – red.) xeyli itki verdiyini deyib:
"Gec-tez onlar orduya qəbulla bağlı ciddi böhranla qarşılaşacaqlar. Və bu, artıq baş verir. Onlar üçün “top yemi”ni orduya cəlb etmək getdikcə çətinləşir. Hətta buna böyük vəsait ayırsalar belə... Və bu pul getdikcə azalır".
İlyenko həmçinin vurğulayıb ki, rus işğalçılar bütün cəbhə xəttində kifayət qədər qoşun toplaya bilmirlər:
"Bəzi ərazilərdə onların sayı artır, digərlərində isə azalır. Nəticədə Ukrayna "zəif nöqtələr"i ortaya çıxarmağa başlayır".







Oxşar -Yeniinfo.az
Moskva və Vaşinqton münasibətləri normallaşdırmaqdan uzaqdırlar
Bu ölkədə güclü zəlzələ oldu
ABŞ-la İran arasında nə baş verir? - Türkiyədən açıqlama
Rusiya Lukaşenkonu razı salsa, ordu hücuma keçəcək
İran hərbi əməliyyata başlaya bilər - Qalibaf
Rusiya bizim üçün bütün silahlarından istifadə edəcək
İran hərbi potensialını saxlayır - KİV
Tramp Xarkı ələ keçirməkdən buna görə imtina edibmiş