Rusiya ordusunun PUA atəşinə tutması nəticəsində Kiyevdə bir nəfər ölüb
Rusiya ordusunun PUA atəşinə tutması nəticəsində Kiyevdə bir nəfər ölüb
Rusiya ordusunun PUA atəşinə tutması nəticəsində Kiyevdə bir nəfər ölüb, 43 nəfər isə xəsarət alıb ki, onlardan 26 nəfəri xəstəxanaya yerləşdirilib.
Bunu Kiyevin meri Vitali Kliçko bildirib.
Kliçko xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ilə bağlı heç bir məlumat verməyib.
Rusiya ordusu Ukraynanın müxtəlif şəhərlərini dron atəşinə tutub.
Bununla bağlı məlumatı Ukrayna ordusunun Hərbi Hava Qüvvələri yayıb.
Məlumata görə Ukraynanın müxtəlif bölgələrində Rusiya ordusuna məxsus pilotsuz təyyarələr qeydə alınır.
Paytaxt Kiyevdə PUA hücumu nəticəsində artıq 8 nəfərin yaralandığı bildirilir ki, onlardan da ikisi uşaqdır. Bunu Kiyev Şəhər Hərbi İdarəsinin rəhbəri Timur Tkaçenko bildirib.
Bundan başqa Kiyevin Solomenski, Svyatoşinski, Svyatoşinski rayonlarında dağıntılar və yanğınlar qeydə alınıb.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..