Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın bölünməsini müzakirə etməyəcəyini deyib
Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın bölünməsini müzakirə etməyəcəyini deyib
ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski və avropalı müttəfiqlərinə Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın bölünməsini müzakirə etməyəcəyini deyib.
Bu haqda “NBC News”a mənbələrə istinadən məlumat yayıb.
Belə ki, Tramp Avropa liderlərinə Putinlə Alyaskada görüşməkdə məqsədinin Ukraynada atəşkəs olduğunu bildirib.
Telekanalın məlumatına görə Tramp Avropa liderləri ilə telefon danışığı zamanı Putinlə heç bir torpaq mübadiləsini müzakirə etməyəcəyini deyib.
Tramp və Avropa liderləri Ukraynada sülh danışıqlarına başlamazdan əvvəl atəşkəsin əldə edilməli olduğuna dair razılıq əldə ediblər.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..