Rusiya sərhəddə əlavə radioelektron mübarizə vasitələri yerləşdirib
Rusiya sərhəddə əlavə radioelektron mübarizə vasitələri yerləşdirib
“Rusiya ölkəmizlə sərhədin 20 kilometrliyində əlavə radioelektron mübarizə vasitələri yerləşdirib”.
Yeni İnfonun “err.ee” xəbər portalına istinadən məlumatına görə, bunu Estoniyanın daxili işlər naziri İqor Taro deyib.
Onun sözlərinə görə, haqqında bəhs olunan avadanlıqlar Leninqrad vilayətinin Kinqisepp şəhəri yaxınlığında cəmləşdirilib.
Nazir əlavə edib ki, həmin qurğular Rusiya tərəfindən Ukraynaya qarşı müharibədə aktiv şəkildə istifadə olunur və onun təsirləri yalnız hərbi sfera ilə məhdudlaşmır:
“Bu növ avadanlıqlar həm aviasiyada, həm də gəmiçilikdə istifadə olunan GPS naviqasiya sistemlərinin işinə ciddi maneələr yaradır. Ölkəmiz bu fəaliyyət növünü təhlükəsizliyə ciddi təhdid kimi dəyərləndirir. Bu səbəbdən də NATO-dakı tərəfdaşlarımızla müzakirələr aparılacaq”.







Oxşar -Yeniinfo.az
Məktəbli 2 qadını öldürdü - Braziliyada
Çin 78 milyard ağac əkdi, bunun bədəlini ödəyir - Xəbərdarlıq
Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
İran münaqişəsi: Tramp böyük risklə üzləşib
ABŞ-dan bu ölkəyə xəbərdarlıq: Sizinlə sonra məşğul olacağıq!
İranda güclü zəlzələ oldu
Ruslar kifayət qədər ağıllıdır, bunu etməyəcəklər, lakin...
Krıma PUA hücumu: beş nəfər öldü