Rusiya Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün şərtlərini açıqlayıb
Rusiya Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün şərtlərini açıqlayıb
Rusiya Federasiyası Ali İqtisadiyyat Məktəbinin Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Dmitri Suslov Kremlin Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün şərtlərini açıqlayıb.
Bu barədə o, İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində danışıb.
Suslovun sözlərinə görə, Putin Trampa Ukrayna və Avropanın iştirakı olmadan ikitərəfli Rusiya-Amerika atəşkəs planını təklif etmək üçün Alyaskaya gedir.
Bu planın əsas şərtləri bir il əvvələ nisbətən daha da yumşalıb.
Belə ki, Ukraynadan öz qoşunlarını yalnız Donbasın qalan hissəsindən (hər dörd regiondan deyil) çıxarması tələb olunur. Buna cavab olaraq Rusiya Sumı, Dnepropetrovsk və Xarkov vilayətlərindən geri çəkilir. Amma digər ərazilərdə, yəni Xerson və Zaporojye vilayətlərində cəbhə xətti dəyişmir. Həmçinin əsas və dəyişməz şərt Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsi qalır.
Bundan əlavə, yekun razılaşmalara Ukraynanın demilitarizasiyası və federal quruluşa keçid üçün konstitusiya islahatına dair bəndlər daxil edilməlidir







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..