Rusiya və Fransa səfirlikləri türk dilində “savaşdı”
Rusiya və Fransa səfirlikləri türk dilində “savaşdı”
Rusiya və Fransanın Türkiyədəki səfirlikləri Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü münasibətilə sosial mediada bir-birini qarşılıqlı ittiham edib.
Bu barədə “Haqqın.az” məlumat yayıb.
Məlumata görə, bir gün əvvəl Rusiya səfirliyi X sosial şəbəkəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Paris və Londonu Kiyevə nüvə silahı ötürməyi planlaşdırmaqda və beynəlxalq hüququ pozmaqda ittiham edən bəyanatını dərc edib.
Fransanın Ankaradakı səfirliyi paylaşıma türk dilində və emoji ilə cavab verib: “Guya üç günlük müharibənin beşinci ilinə qədəm qoymuşuq, amma Rusiya hələ də London və Parisin təhdid olduğunu iddia edir”.
Rusiya diplomatik missiyası Fransa səfirliyinin bəyanatına fransız və türk dillərində cavab verib:
“Məşhur Fransa diplomatiyasından qalan tək şeyin X sosial şəbəkəsində yazılan acınacaqlı paylaşımlar olması çox təəssüf doğurur. Həmkarlarımıza xatırlatmaq lazımdır ki, Paris 2014-cü ildən bəri uşaqlar və qadınlar da daxil olmaqla, öz mülki əhalisini qətlə yetirən Kiyevdəki nasist rejimin əsas sponsorlarından biridir. Yoxsa bəlkə də 1812-ci ilin kabusları hələ də Fransa hökumətini təqib edir?”







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı