Rusiya XİN: ATƏT-in Minsk qrupunun bağlanması əsaslı qərardır
Rusiya XİN: ATƏT-in Minsk qrupunun bağlanması əsaslı qərardır
Rusiya Federasiyası ATƏT-in Qarabağ münaqişəsi ilə bağlı Minsk qrupunun fəaliyyətinə son qoymaq qərarını əsaslı hesab edir.
Bunu Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Moskva digər ATƏT üzvləri ilə yanaşı, konsensus əsasında qəbul edilən bu qərarın qəbulunda iştirak edib:
“Düşünürük ki, bu addım bölgədəki vəziyyətin köklü şəkildə dəyişməsi fonunda əsaslı və ədalətlidir”.
Zaxarova əlavə edib ki, Minsk institutlarının fəaliyyətinin dayandırılması təşəbbüsü Ermənistan və Azərbaycana məxsus olub.
Xatırladaq ki, sentyabrın 1-də ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edilib







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..