Rusiya XİN: Rusiya-Aİ münasibətləri Avropa Komissiyasının tərkibi dəyişdikdən sonra yenidən formalaşa bilər
Rusiya XİN: Rusiya-Aİ münasibətləri Avropa Komissiyasının tərkibi dəyişdikdən sonra yenidən formalaşa bilər
Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyasətindən özü də zərər çəkir və Rusiya–Aİ dialoqu tam itirilməyib.
Bu barədə “İzvestiya” qəzetinə Rusiyanın Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin rəhbəri Vladislav Maslennikov açıqlama verib.
Onun sözlərinə görə, münasibətlər Avropa Komissiyasının tərkibi dəyişdikdən sonra yenidən formalaşa bilər.
“Rusiya ilə Aİ arasında dialoqun birdəfəlik itirildiyini düşünmürəm. Avropa Komissiyası həmişə müəyyən müddətə seçilir”, – deyə diplomat bildirib.
Onun sözlərinə görə, hazırkı Avropa Komissiyasının da “müddəti” var və bu dövr başa çatdıqdan sonra qurum yeni tərkib alacaq.
Maslennikov vurğulayıb ki, gec-tez Aİ liderləri yanaşmalarını yenidən nəzərdən keçirməli olacaqlar, çünki Rusiya Avropa qitəsində qonşu olaraq qalır və bu reallıq dəyişməyəcək.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf