Rusiyada "İsgəndər" raket komplekslərini istehsal edən müəssisə vuruldu
Rusiyada "İsgəndər" raket komplekslərini istehsal edən müəssisə vuruldu
Rusiyanın Udmurtiya Respublikasının Votkinsk şəhəri dron hücumuna məruz qalıb.
Bu barədə bölgə rəhbəri Aleksandr Breçalov öz "Telegram" kanalında məlumat verib.
"Əməliyyat məlumatlarına görə, ziyan dəyib və xəsarət alanlar var. Hər kəsə lazımi kömək göstərilir", - deyə o bildirib.
Şahidlər "Telegram" kanallarında azı üç partlayışın olduğunu yazırlar. Sosial şəbəkədə yayılan kadrlarda göstərilir ki, zərbələr "İsgəndər" əməliyyat-taktiki raket komplekslərinin istehsal edildiyi Votkinsk zavoduna endirilib.
Regional səhiyyə naziri Sergey Baqinin sözlərinə görə, dron hücumu nəticəsində 11 nəfər yaralanıb.
"Üç nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib - ikisi orta, biri ağır vəziyyətdədir. Daha səkkiz yaralı həkimlər tərəfindən müayinə edilib və ambulator müşahidə üçün buraxılıb", - deyə Baqin öz "Telegram" kanalında yazıb.
Bir sıra Ukrayna KİV iddia edir ki, hücumun hədəfi Ukrayna sərhədindən təxminən 1400 km məsafədə yerləşən və uzaqmənzilli ballistik raketlər üçün mühərriklər istehsal edən Votkinskdəki maşınqayırma zavodu olub. Həmçinin bildirilib ki, zərbə zamanı pilotsuz uçuş aparatları deyil, "Flamingo" qanadlı raketindən istifadə edilmiş ola bilər.







Oxşar -Yeniinfo.az
Moskva və Vaşinqton münasibətləri normallaşdırmaqdan uzaqdırlar
Bu ölkədə güclü zəlzələ oldu
ABŞ-la İran arasında nə baş verir? - Türkiyədən açıqlama
Rusiya Lukaşenkonu razı salsa, ordu hücuma keçəcək
İran hərbi əməliyyata başlaya bilər - Qalibaf
Rusiya bizim üçün bütün silahlarından istifadə edəcək
İran hərbi potensialını saxlayır - KİV
Tramp Xarkı ələ keçirməkdən buna görə imtina edibmiş