"Samsung" 14 ildən sonra lider mövqeyini "Apple" şirkətinə verir
"Samsung" 14 ildən sonra lider mövqeyini "Apple" şirkətinə verir
"Apple" şirkəti 2011-ci ildən bəri ilk dəfə olaraq "Samsung" şirkətini dünya tədarükləri üzrə ötərək, 2025-ci ildə ən böyük smartfon istehalçısı olacaq.
Bu barədə məlumat "Counterpoint Research" araşdırma şirkətinin proqnozlarında yer alıb.
Analitiklərin qiymətləndirmələrinə görə, "Apple"ın qlobal bazardakı payı 19,4 faizə çatacaq. "Samsung"da isə bu göstərici 18,7 faiz təşkil edəcək.
Ekspertlər "Apple"ın uğurunu, ilk növbədə, "iPhone 17" silsiləsindən olan smartfonların daha çox satılması ilə əlaqələndirirlər.
Şirkətin proqnozuna görə, "Apple" 2029-cu ilədək dünyanın ən çox satılan smartfon brendi olacaq.







Oxşar -Yeniinfo.az
Barat Yusubova Minnətdarlıq və Uğur Arzuları
Şəhid Seyyid Rəşadın Əziz Xatirəsi Anıldı
Yandırılan məktəblinin son durumu açıqlandı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycandadır
Ağcabədidə ağır qəza: ölən var
Bakıda bu küçə və prospektlər təmir edildi
Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək