Sentyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb
Sentyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24°, gündüz 31-36° dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 30-35 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23°, gündüz 33-38°, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.







Oxşar -Yeniinfo.az
Aprelin 20-də gözlənilən hava şəraiti
Aprelin 19-da gözlənilən hava şəraiti
Aprelin 18-də gözlənilən hava şəraiti
Aprelin 17-də gözlənilən hava şəraiti
Aprelin 16-da gözlənilən hava şəraiti
Aprelin 15-də gözlənilən hava şəraiti
Aprelin 14-də gözlənilən hava şəraiti
Aprelin 13-də gözlənilən hava şəraiti