Sentyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb
Sentyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 20-24°, gündüz 28-31° dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23°, gündüz 32-37°, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.







Oxşar -Yeniinfo.az
Aprelin 20-də gözlənilən hava şəraiti
Aprelin 19-da gözlənilən hava şəraiti
Aprelin 18-də gözlənilən hava şəraiti
Aprelin 17-də gözlənilən hava şəraiti
Aprelin 16-da gözlənilən hava şəraiti
Aprelin 15-də gözlənilən hava şəraiti
Aprelin 14-də gözlənilən hava şəraiti
Aprelin 13-də gözlənilən hava şəraiti