SEPAH Laricaninin qisasını belə aldı
SEPAH Laricaninin qisasını belə aldı
“Gerçək vəd 4” əməliyyatının 61-ci dalğası nəticəsində İsraildə 230-dan çox insan həlak olub və yaralanıb.
Bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
“Qəddar İsrail rejiminin vəhşiliklərinin mərkəzi olan Təl-Əviv şəhid Əli Laricani və yoldaşlarının qisası olaraq “Gerçək vəd 4” əməliyyatının 61-ci dalğası zamanı “Xürrəmşəhr-4”, “Qədr”, “İmad” və “Xeybərşekan” raketləri ilə vurulub”, - məlumatda deyilib.
Qeyd olunub ki, bu əməliyyatda “Xürrəmşəhr-4” və “Qədr” raketləri İsrail rejiminin çoxsəviyyəli və ultra-modern hava hücumundan müdafiə sisteminin məhv edilməsi sayəsində İsrailin mərkəzində 100-dən çox hərbi və təhlükəsizlik hədəfinə müdaxiləsiz zərbə endirib:
“SEPAH Aerokosmik Qüvvələrinin bu sürətli hücumundan sonra Təl-Əvivin bir hissəsində elektrik enerjisi kəsilib və bu da ölkə daxilindəki qüvvələrin vəziyyəti nəzarətdə saxlamasını və yardım göstərməsini çətinləşdirib. İlkin hesablamalara görə, İsraildə 230-dan çox ölü və yaralı var”.
Qeyd edək ki, İsrailin ötən gün Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini hava zərbələri nəticəsində öldürdüyü təsdiqlənib. Ə.Laricani ilə birgə oğlu, müavini və bir neçə mühafizəçisinin də öldüyü bildirilir.







Oxşar -Yeniinfo.az
Ən çox pambıq harada istehsal olunur?
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi
Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü
Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil oldu
Məmdani Nyu Yorku məhv edir - Tramp