Serbiya PUA istehsalına başlayacaq
Serbiya PUA istehsalına başlayacaq
Serbiya Prezidenti Aleksandar Vuçiç qlobal gərginliyin artması və milli təhlükəsizliyin gücləndirilməsi zərurəti səbəbindən ölkədə pilotsuz uçuş aparatlarının (PUA) genişmiqyaslı istehsalına başlanacağını elan edib.
O bu barədə Müdafiə Nazirliyi və Serbiya Silahlı Qüvvələrinin Baş Qərargahı üçün yeni kompleksin təməlqoyma mərasimində jurnalistlərə bildirib.
"Biz çoxlu sərmayə qoyuruq. Ehtiyatımızda nə qədər dron olduğunu görüb təəccüblənəcəksiniz. Mart ayının sonunda böyük bir dron istehsalı zavodunun açılışını gözləyirəm. İstehsal burada, Serbiyada təşkil ediləcək", - deyə dövlət başçısı qeyd edib.







Oxşar -Yeniinfo.az
Səudiyyə Ərəbistanından Türkiyəyə dəmir yolu xətti çəkiləcək
İran Hörmüz boğazında nəzarəti gücləndirir
Türkiyədə uşaq bayramı tədbirləri təxirə düşdü
İran 5 ölkəyə xəbərdarlıq etdi
Ukrayna yeni dronun istehsalına başladı
Kremldən Putin-Zelenski görüşü ilə bağlı - Açıqlama
Müzakirələr üçün əsas maneə bunlardır - Pezeşkian
Kiminlə razılaşacağımızı bilirik, vahid təklif gözləyirik - ABŞ