Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi
Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi
Leysan səbəbindən çayın daşması Siyəzən rayonunda körpünün aşması ilə nəticələnib.
Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Bildirilib ki, bir neçə yaşayış məntəqəsi ilə əlaqə kəsilib.
***
Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində yaranan sel Siyəzən–Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçay üzərində yerləşən körpünün bir hissəsini uçurub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, əraziyə AAYDA-nın əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.
“Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd olunur.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı