Smartfonların qışda qəfil sönməsinin səbəbləri açıqlandı
Smartfonların qışda qəfil sönməsinin səbəbləri açıqlandı
Smartfonlar litium-ion batareyaların işləmə xüsusiyyətlərinə görə soyuqda tez boşala və qəfil sönə bilər.
Bu barədə Gazeta.ru-ya rusiyalı professor, fizika-riyaziyyat elmləri doktoru Aleksey Yurasov bildirib.
Onun sözlərinə görə, bu cür batareyalar otaq temperaturunda işləmək üçün nəzərdə tutulub və soyuqda effektivliyini itirir. "0°C-dən aşağı temperaturda akkumulyatorun daxilində kimyəvi proseslər ləngiyir, daxili müqavimət artır və o, topladığı enerjini vermək qabiliyyətini itirir. Enerji sistemin işləməsini təmin etməyə çatmadıqda, qoruyucu mexanizm işə düşür və telefon sönür", - deyə Yurasov izah edib.
Professor əlavə edib ki, şaxtaya daha davamlı olan litium-polimer batareyalar yüksək qiymətə görə daha az istifadə olunur. Ekspert qeyd edib ki, cihazın nə qədər tez soyuması onun korpusundan da asılıdır: metal modellər istiliyi daha tez itirir, plastik korpuslu və ya qalın qoruyucu üzlüklü telefonlar isə daha uzun müddət işləyir.
"Mövsümün soyuq vaxtında smartfonunuzun stabil işləməsi üçün cihazı üst geyiminizin daxili cibində saxlayın və istiliyi saxlayan üzlükdən istifadə edin. Şaxtalı havada ehtiyac olmadıqca telefonu isti cibdən çıxarıb tutmayın, əgər cihaz soyuyubsa, otaq temperaturunda isinməsinə imkan verin", - deyə mütəxəssis məsləhət verib.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı