Şok tədqiqat: 6 min ildən bir baş verir, Yer Kürəsi yaxında
Şok tədqiqat: 6 min ildən bir baş verir, Yer Kürəsi yaxında
Kosmik hava durumu üzrə mütəxəssis Ben Devidson araşdırmalarına əsaslanaraq şok açıqlama ilə çıxış edib.
“Space Weather News”un (Kosmik Hava Xəbərləri) qurucusu iddia edir ki, planetimiz nəhəng maqnit fəlakətinin astanasındadır və bəşəriyyətin 90 faizi yox olmaq riski ilə üzləşib.
O, bu kimi kosmik prosesin 6 min ildən bir meydana gəldiyini və daha şiddətli formada isə 12 min ildən bir baş verdiyini söyləyib.
Devidson bildirir ki, Günəşdə növbəti partlayış planetimizin maqnit qütblərini dəyişə bilər və bu da sunamilər, iqlim fəlakətləri və kütləvi məhvə gətirib çıxaracaq.
Planetdə həyat dayana bilər
Devidson bu olayın elektrik şəbəkələri, su təsisatları, ərzaq sektoru və logistika sisteminin fəaliyyətini iflic edəcəyini vurğulayıb. GPS dəstəkli kənd təsərrüfatı və fövqəladə hallar xidmətləri tamamilə sıradan çıxacaq.
Devidson bildirib ki, Yerin maqnit sahəsi təbii dəyişikliklər səbəbindən tədricən zəifləyir və qütblərin yerdəyişməsinə səbəb olur.
Təhlükə yaxındırmı?
Davidsonun açıqlamalarına görə, belə bir fəlakətin 10-25 il ərzində baş vermə ehtimalı var. Bu halda dünyanın bir neçə gün ərzində xaosa qərq ola biləcəyi irəli sürülüb.
Tədqiqatlara görə, sonuncu kütləvi yox olma 66 milyon il əvvəl dinozavrların məhvi ilə baş verib.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..