Soyuducuya ikinci dəfə qoyulanda zəhərə çevrilir
Soyuducuya ikinci dəfə qoyulanda zəhərə çevrilir
Buzu açıldıqdan sonra bəzi qidaları yenidən soyuducuya qoymaq olmaz.
Bunu həkim Hüseyn Tapik deyib.
Onun sözlərinə görə, donu açılmış bəzi qidaları yenidən soyuducuya qoymaq ciddi sağlamlıq riskləri daşıyır. Bu qidalar bakteriyaların sürətlə çoxalmasına və qida zəhərlənməsinə gətirib çıxara bilər.
Ət və toyuq məhsulları don açıldıqdan sonra ən riskli qidalardan sayılır. Çiy ət, toyuq və balıq bir dəfə buzu açıldıqdan sonra birbaşa bişirilməli və istehlak edilməlidir. Yenidən soyuducuya qoymaq bakteriyaların sürətlə çoxalmasına səbəb olur.
Dəniz məhsulları da eyni qaydada təhlükə yaradır. Balıq, kalmar, karides və digər dəniz məhsulları don açıldıqdan sonra tez bişirilməli və dərhal istehlak olunmalıdır. Uzun müddət saxlanılması zəhərlənmə riskini artırır.
Süd və süd məhsulları, o cümlədən qatıq, pendir, kəsmik və qaymaq don açıldıqdan sonra yalnız bir dəfə istifadə edilməlidir. Yenidən dondurmaq bu məhsulların keyfiyyətini pozur və təhlükəli ola bilər.
Yumurtalar və onlardan hazırlanan qarışıqlar da don açıldıqdan sonra bir daha soyuducuya qoyulmamalıdır. Mayonez, krem və çiy yumurtadan hazırlanmış digər məhsullar da bir dəfə istifadədən sonra atılmalıdır.
Hazır yeməklər, souslar və şorbalar və səbzələr donu açıldıqdan sonra yalnız bir dəfə soyudulub istifadə oluna bilər. Yenidən dondurmaq qida təhlükəsizliyi baxımından tövsiyə edilmir.
Həmçinin buzu açılmış qidaları otaq temperaturunda uzun müddət saxlamaq da risklidir.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib