Sülh sazişinə çox az qaldı - Vilson
Sülh sazişinə çox az qaldı - Vilson
Cənubi Qafqazda sülh prosesi ilə bağlı Vaşinqtondan diqqətçəkən açıqlama gəlib.
ABŞ-ın respublikaçı konqresmeni, Helsinki Komissiyasının sədri Co Vilson Azərbaycan və Ermənistan arasında sülh anlaşmasının yekun imzalanmasına çox az qaldığını bəyan edib.
Konqresmenin sözlərinə görə, Bakı və İrəvan arasında sülh sənədinin imzalanması region üçün tamamilə yeni bir mərhələnin başlanğıcı olacaq. O bildirib ki, bu proses təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqazın siyasi və təhlükəsizlik arxitekturası baxımından həlledici əhəmiyyət daşıyır.
Co Vilson qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh anlaşmasının imzalanmasına xüsusi diqqət yetirir və Ağ Ev bu prosesi strateji prioritet kimi qiymətləndirir. Onun sözlərinə görə, ötən ilin avqustunda imzalanmış Vaşinqton bəyannaməsinin icrasını sürətləndirmək məqsədilə ABŞ-ın vitse-prezidenti regiona tarixi səfər edəcək.
“Biz Cənubi Qafqazda tarixi bir mərhələdəyik. Bu uzaqgörənliyə və siyasi cəsarətə görə Azərbaycan Prezidentinə və Ermənistanın baş nazirinə təşəkkür edirəm”, – deyə konqresmen vurğulayıb.







Oxşar -Yeniinfo.az
Sinif yoldaşının yandırdığı şagirdin durumu açıqlandı
Tıxac səngimir: sürücülər saatlarla yollarda
Rayonlarda sənədsiz tikililərin söküntüsünə başlanıldı
İtaliya döyüşlərdə həlak olan 120 azərbaycanlını andı
Sumqayıtda "Mersedes" aşdı: ölən var
Qatar yoluna düşərək ölən 22 yaşlı gənc imiş - araşdırma aparılır
Metroda yaranan vəziyyətlə bağlı rəsmi AÇIQLAMA
Bu çay xərçəng xəstələrində ölümü sürətləndirə bilər