Suriya Müdafiə Nazirliyi Hələbdə atəşkəs elan edib
Suriya Müdafiə Nazirliyi Hələbdə atəşkəs elan edib
Suriya Müdafiə Nazirliyi yanvarın 9-na keçən gecə hökumət qüvvələri ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında toqquşmaların baş verdiyi Hələbdə atəşkəs elan edib.
Bu barədə Suriya ordusundan məlumat verilib.
"Yaşayış məntəqələrində yeni eskalasiyanın qarşısını almaq üçün Müdafiə Nazirliyi Hələb şəhərinin Şeyx Maksud, Əşrəfiyyə və Bəni Zeyd rayonları yaxınlığında saat 03:00-dan (Bakı vaxtı ilə 04:00 - red.) etibarən atəşkəs elan edir", - deyə açıqlamada bildirilib.
Qeyd olunur ki, SDQ-yə təyin olunmuş əraziləri tərk etmək üçün cümə günü səhər saat 9-a qədər vaxt verilib.
Bu həftə Hələbdə Suriya hökumət qüvvələri ilə SDQ arasında yenidən toqquşmalar baş verib.
Daha əvvəl Suriya İnformasiya Nazirliyi Hələbdə məhdud hərbi əməliyyatın başlandığı barədə məlumat yaymışdı.
Bildirilib ki, son aylarda SDQ-nin hücumları nəticəsində 25 hərbçi və 20-dən çox mülki şəxs həlak olub.
SDQ isə öz növbəsində hökumət qüvvələrini Şeyx Maksud və Əşrəfiyyə rayonlarında ağır silahlardan istifadə etməklə hücuma keçməkdə ittiham edib.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf