Şüvəlan qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Şüvəlan qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu gün Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə “Yeniinfo”a “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar olaraq mayın 21-də Şüvəlan qəsəbəsinin bir sıra hissəsində elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək qəsəbənin Mayak adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.







Oxşar -Yeniinfo.az
Ağdama daha 110 ailə yola salındı
Qaradağda torpaq uçqunu nəticəsində bir nəfər ölüb, bir nəfər xilas edilib
Qızılın qiymətli 4700 dollardan aşağı enib
Bakıda mənzildən meyit tapılıb
ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
Sinif yoldaşının yandırdığı şagirdin durumu açıqlandı
Tıxac səngimir: sürücülər saatlarla yollarda
Rayonlarda sənədsiz tikililərin söküntüsünə başlanıldı