Şəhid Seyyid Rəşadın Əziz Xatirəsi Anıldı
Şəhid Seyyid Rəşadın Əziz Xatirəsi Anıldı
Bu gün Vətən yolunda canını fəda edərək adını şərəf tariximizə yazdırmış Şəhid Seyyid Rəşadın mövlud günüdür.
Şəhidlər yalnız bir ailənin övladı deyil, bütöv bir millətin qüruru, xalqın baş tacıdır. Seyyid Rəşad da öz həyat yolu, mərdliyi, inamı və Vətən sevgisi ilə bu uca zirvəyə yüksələn igidlərimizdəndir.
Yeni info.az xəbər verir ki, Bu gün keçirilən əziz şəhidimizin anım tədbirində Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyətinin birinci müavini Gülarə Verdiyeva, ictimaiyyət nümayəndələri, din xadimləri və 60 nömrəli məktəbin müəllim-şagird kollektivi iştirak etmişdir.
Onun göstərdiyi fədakarlıq bu gün də insanların qəlbində yaşayan vətənpərvərlik nümunəsidir.
Bu əlamətdar gündə Şəhid Seyyid Rəşadı dərin ehtiram və minnətdarlıq hissi ilə yad edirik. Onun əziz xatirəsi daim hörmətlə anılacaq, adı qürurla çəkiləcəkdir.
Uca Allahdan qəhrəman şəhidimizə rəhmət diləyir, ailəsinə və doğmalarına səbir arzulayırıq.







Oxşar -Yeniinfo.az
Şəhid Seyyid Rəşadın Əziz Xatirəsi Anıldı
Yandırılan məktəblinin son durumu açıqlandı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycandadır
Ağcabədidə ağır qəza: ölən var
Bakıda bu küçə və prospektlər təmir edildi
Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək
Hər gün yumurta yemək olarmı?