"Şəki” restoranının sökülməsi səbəbindən sahibinə külli miqdarda kompensasiya verilib.
"Şəki” restoranının sökülməsi səbəbindən sahibinə külli miqdarda kompensasiya verilib.
Bakının Nərimanov rayonunda yerləşən məşhur “Şəki” restoranının sökülməsi səbəbindən sahibinə külli miqdarda kompensasiya verilib.
“Yeniinfo” Qafqazinfo.az-a istinadən xəbər verir ki, ərazidə yol infrastrukturunun yenidən qurulması səbəbindən sözügedən restoran sökülüb, sahibinə isə kompensasiya olaraq 14 milyon manat verilib.
Sənədləşmə prosesində bu məbləğin bir neçə dəfə az göstərildiyi vurğulanıb.
“Şəki” restoranının sahibinin hazırda Mərdəkan qəsəbəsində eyniadlı obyekt tikdirdiyi deyilir.
Qeyd edək ki, restoranın sökülməsinə səbəb Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir.
“Şəki” restoranının sahibi mərhum deputat Fərhad Qəribov olub. Hazırda onun biznesinə oğlu Zöhrab Qəribovun nəzarət etdiyi bildirilir.







Oxşar -Yeniinfo.az
Ağdama daha 110 ailə yola salındı
Qaradağda torpaq uçqunu nəticəsində bir nəfər ölüb, bir nəfər xilas edilib
Qızılın qiymətli 4700 dollardan aşağı enib
Bakıda mənzildən meyit tapılıb
ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
Sinif yoldaşının yandırdığı şagirdin durumu açıqlandı
Tıxac səngimir: sürücülər saatlarla yollarda
Rayonlarda sənədsiz tikililərin söküntüsünə başlanıldı