Tacikistan Azərbaycanla birgə hidroenerji layihələrinin həyata keçirilməsinə hazırdır
Tacikistan Azərbaycanla birgə hidroenerji layihələrinin həyata keçirilməsinə hazırdır
Tacikistan Azərbaycanla hidroenergetika sahəsində birgə layihələrin həyata keçirilməsinə hazırdır.
Bu barədə "Yeniinfo"a Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müvafiq təklif 2024-cü ilin dekabrında Düşənbədə keçirilmiş İqtisadi-Ticarət Əməkdaşlığı üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasında səsləndirilib.
"İclasda Tacikistanda Azərbaycan şirkətlərinin iştirakı ilə kiçik və orta həcmli su elektrik stansiyalarının tikintisi imkanlarının nəzərdən keçirilməsi təklif olunub. Bu, hər iki ölkənin təmiz enerjinin inkişafına və emissiyaların azaldılmasına töhfəsi olacaq ki, bu da Mərkəzi Asiya regionunda "yaşıl enerji" siyasətinin formalaşmasına müsbət təsir göstərəcək", - nazirlikdən vurğulayıblar.
Nazirlikdə hesab edirlər ki, Azərbaycan və Tacikistan arasında əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensial mövcuddur.
"Bu, ölkələrimizin liderlərinin görüşü zamanı da təsdiqlənib. Biz neft-qaz sənayesi, logistika, ağır sənaye kimi sahələrdə birgə layihələrin həyata keçirilməsində, həmçinin ekoloji təşəbbüslərin təşviqində maraqlıyıq. Hər iki dövlət beynəlxalq iqlim gündəliyinin fəal təşəbbüskarıdır", - nazirlikdə vurğulayıblar.
Qurumda xatırladıblar ki, Tacikistan bu il MDB-yə sədrlik edir və təsdiqlənmiş konsepsiya çərçivəsində iqlim dəyişiklikləri, "yaşıl iqtisadiyyat" və davamlı inkişaf sahəsində səmərəli milli siyasətin formalaşdırılması məsələlərinə diqqət yetirəcək.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsi 6,54 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Azərbaycandan Tacikistana ixrac 6 milyon ABŞ dollarına, idxal isə 534 min ABŞ dollarına bərabər olub.







Oxşar -Yeniinfo.az
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
Sosial mənzillərlə bağlı kimlər yenidən müraciət edə bilər?
Azərbaycan Ukraynadan məhsul idxalını artırdı
5 ədəd badam yeyib, sonra idman et – Sirr
0Çin maşınlarına maraq niyə azalıb? - Ekspert
Kürə görə ezam olunmuşdu, qəza törətdi: 1 ölü, 4 yaralı
XİN-də işləmək istəyənlərin nəzərinə: Qeydiyyatda yenilik...
Ağdama daha 110 ailə yola salındı