Tailand Kambocanı atəşkəsi pozmaqda ittiham edib
Tailand Kambocanı atəşkəsi pozmaqda ittiham edib
Kamboca Ubonraçathani əyalətində Tailand hərbçilərinin mövqelərini atəşə tutaraq atəşkəs rejimini pozub.
Bu barədə Tailandın Krallığın Silahlı Qüvvələri və Xarici İşlər Nazirliyinin nümayəndələrinin daxil olduğu Kamboca ilə sərhəddəki vəziyyətlə bağlı Birgə Mətbuat Mərkəzinin yaydığı məlumatda deyilir.
"Kamboca yanvarın 6-da səhər saat 7:25-də (Bakı vaxtı ilə 4:25-də – red.) atəşkəsi pozub. Kamboca qüvvələri Çonq Bok bölgəsini minaatanlardan atəşə tutub. Hadisə nəticəsində bir Tailand əsgəri qəlpə yaraları alıb", - xəbərdə vurğulanıb.
Xatırladaq ki, Kamboca və Tailand ötən ilin dekabrın 27-də yerli vaxtla saat 12:00-dan (Bakı vaxtı ilə 09:00) iki ölkənin Baş Sərhəd Komitəsinin üçüncü xüsusi iclasından sonra atəşkəs barədə razılığa gəliblər.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf