Ted Kruz: ABŞ etirazları İran vətəndaşlarının təbii hüququ hesab edir
Ted Kruz: ABŞ etirazları İran vətəndaşlarının təbii hüququ hesab edir
İran son hərbi məğlubiyyətlər və siyasi təzyiqlər nəticəsində ciddi şəkildə zəifləyib, ölkə daxilində legitimlik böhranı ilə üzləşib.
Bunu ABŞ-nin respublikaçı senatoru Ted Kruz "Iran International"a müsahibəsində deyib.
"ABŞ etirazları İran vətəndaşlarının təbii hüququ hesab edir" , - Kruz bildirib. Onun fikrincə, İran xalqı Qərbin tərəfində olmaq istəyir, lakin illərdir radikal islamçı rejimin hakimiyyəti altında əziyyət çəkir.
İranın ali rəhbəri Seyid Əli Xameneini tənqid edən Kruz bildirib ki, islam respublikasının əhalisi azadlıq və insan ləyaqəti uğrunda mübarizə aparmaq hüququna malikdir.
Bununla yanaşı, o, Barak Obama və Co Bayden administrasiyalarını Tehrana qarşı həddən artıq yumşaqlıqda ittiham edib.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf