"Tesla" avtomobillərində yeni FUNKSİYA
"Tesla" avtomobillərində yeni FUNKSİYA
ABŞ-nin "Tesla" şirkəti elektromobillərində qapı dəstəklərinin konstruksiyasını dəyişdirməyi planlaşdırır. Yeni sistemdə həm elektron, həm də mexaniki açılma mexanizmləri birləşdiriləcək.
Bu barədə şirkətin dizayn şöbəsinin rəhbəri Frans fon Holshauzen "Bloomberg News"a açıqlama verib.
Onun sözlərinə görə, qərarın məqsədi sərnişinlər, xüsusilə də təşviş vəziyyətində olan insanlar üçün qapı dəstəklərini daha intuitiv və rahat istifadəyə uyğun etməkdir.
Qeyd edək ki, ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) təxminən 174 min "Tesla Model Y" (2021-ci il istehsalı) avtomobili ilə bağlı araşdırma başladıb. Səbəb elektron qapı dəstəklərinin ilişməsi ilə bağlı daxil olan şikayətlərdir.
NHTSA-nın açıqlamasında bildirilib ki, Tesla avtomobillərində daxildən qapıların açılması üçün mexaniki mexanizmlər mövcuddur. Lakin hətta sürücünün bundan xəbərdar olmasına baxmayaraq, uşaqlar həmin mexanizmlərə çata və ya onları istifadə edə bilməyə bilərlər.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..