Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar
Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar
Əbdülvahab Salamzadə küçəsindən sağa, Tiflis prospektinə qırmızı işıqda da dönmək mümkündür.
Axar.az Yeni info.az-a xəbər verir ki, bu sözləri DJ Tural (Yusifov) Tiflis prospektində tətbiq olunan yeni nizamlanma ilə bağlı sosial şəbəkə hesabında qeyd edib.
“Bir çox sürücünün bundan xəbəri yoxdur və gəlib qırmızı işıqda dayanır. Amma bu yolda “yol verərək dönmək olar” işarəsi var. Yəni qırmızı işıqda yol verərək sağa dönmək olar. Bəziləri gəlir, sağa dönmək istədiyi halda qırmızıda dayanır. Düzdür, işarə çox yuxarıdadır. Ən məntiqlisi sağa dönmə seksiyasının qoyulması olardı. Əgər bu işarəni görürsünüzsə, dönməlisiniz”, - o qeyd edib.







Oxşar -Yeniinfo.az
Yandırılan məktəblinin son durumu açıqlandı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycandadır
Ağcabədidə ağır qəza: ölən var
Bakıda bu küçə və prospektlər təmir edildi
Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək
Hər gün yumurta yemək olarmı?
Ağdama daha 92 ailə yola salındı