Tokayev: TRIPP marşrutu Orta Dəhlizin gələcək inkişafına töhfə verə bilər
Tokayev: TRIPP marşrutu Orta Dəhlizin gələcək inkişafına töhfə verə bilər
Qazaxıstan ABŞ Prezidentinin sülhməramlı təşəbbüslərini, o cümlədən Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunu (TRIPP) dəstəkləyir.
Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda ABŞ prezidenti Donald Trampla ikitərəfli danışıqları zamanı deyib.
Onun sözlərinə görə, TRIPP marşrutu Orta Dəhlizin gələcək inkişafına töhfə verə bilər.
Liderlər səfər zamanı Qazaxıstan və ABŞ arasında dəyəri 17 milyard dollardan çox olan kommersiya sazişlərinin imzalanmasını alqışlayıblar. İki prezident arasında Vaşinqtonda keçirilən görüşdə Tramp ABŞ-nin Qazaxıstanla çoxşaxəli, genişləndirilmiş strateji tərəfdaşlığı daha da gücləndirmək öhdəliyini bir daha təsdiqləyib.
Söhbət zamanı ikitərəfli gündəliyin geniş spektri üzrə məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı faydalı əməkdaşlığın perspektiv istiqamətləri müəyyən edilib. Tərəflər həmçinin beynəlxalq gündəlikdəki aktual məsələləri müzakirə ediblər.
Tokayev qeyd edib ki, Amerika lideri daha təhlükəsiz, sabit və firavan dünyanın təmin edilməsinə həlledici töhfə verir.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib