Tokio NATO-nun Ukrayna ilə bağlı proqramına qoşulması ilə bağlı məlumatları təkzib edib
Tokio NATO-nun Ukrayna ilə bağlı proqramına qoşulması ilə bağlı məlumatları təkzib edib
Yaponiya hökuməti Tokionun NATO tərəfindən yaradılmış Ukraynaya dəstək üzrə PURL proqramına qoşulması və bu çərçivədə ABŞ istehsalı olan avadanlığın alınıb Kiyevə ötürülməsi ilə bağlı yerli KİV-də yayılan məlumatları təkzib edib.
Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara mətbuat konfransında bildirib.
“Qeyd etdiyiniz məlumatlardan xəbərdarıq. Hazırda Yaponiya ilə NATO arasında sizin dediyiniz razılaşmanın əldə olunması faktı həqiqətə uyğun deyil”, – deyə Kihara jurnalistlərin PURL proqramına qoşulma ilə bağlı sualını cavablandırarkən bildirib.
***
05:48
Yaponiya hökuməti NATO tərəfindən yaradılmış Ukraynaya dəstək üzrə PURL proqramına qoşulmaq qərarı verib.
Bu barədə Yaponiyanın ictimai televiziya şirkəti məlumat yayıb.
Proqram çərçivəsində Tokio ABŞ istehsalı olan avadanlığı alaraq Kiyevə ötürəcək.
Qeyd olunub ki, Yaponiyanın ayıracağı vəsait yalnız qeyri-döyüş təyinatlı avadanlıq və ləvazimatların alınmasına yönəldiləcək.
Söhbət, xüsusilə radiolokasiya sistemləri və zirehli gödəkçələrdən gedir.
Məlumata görə, Yaponiya bu qərarı artıq bir neçə NATO üzvü ölkəyə və Ukraynaya çatdırıb.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf