Tramp ABŞ-ın ən böyük təyyarədaşıyan gəmisinin fotosunu paylaşıb
Tramp ABŞ-ın ən böyük təyyarədaşıyan gəmisinin fotosunu paylaşıb
ABŞ Prezidenti Donald Trump “Truth Social” hesabında Amerikanın ən böyük təyyarədaşıyan gəmisinin fotosunu paylaşıb.
ABŞ Prezidenti bundan əvvəl bölgəyə əlavə hərbi qüvvələr göndərildiyini bildirib:
“Bölgəyə əlavə hərbi qüvvələr göndərilir və daha çox qüvvə yoldadır”.
Onun sözlərinə görə, daha bir təyyarədaşıyan gəmi də yerləşdirilir.
"İranla danışıqların uğursuz olması halında, təyyarədaşıyan gəminin bölgədə olması lazımdır. İranla danışıqlar uğurlu olacaq. Əks təqdirdə, onlar üçün pis gün olacaq", - Tramp bildirib.
Ağ Ev lideri, eyni zamanda, İranda hakimiyyət dəyişikliyinin ən yaxşı nəticə olacağını qeyd edib.
“47 ildir ki, İran rəsmiləri danışır. Bu vaxt ərzində onlar danışarkən çoxlu insan itirmişik”, – o vurğulayıb.







Oxşar -Yeniinfo.az
Moskva və Vaşinqton münasibətləri normallaşdırmaqdan uzaqdırlar
Bu ölkədə güclü zəlzələ oldu
ABŞ-la İran arasında nə baş verir? - Türkiyədən açıqlama
Rusiya Lukaşenkonu razı salsa, ordu hücuma keçəcək
İran hərbi əməliyyata başlaya bilər - Qalibaf
Rusiya bizim üçün bütün silahlarından istifadə edəcək
İran hərbi potensialını saxlayır - KİV
Tramp Xarkı ələ keçirməkdən buna görə imtina edibmiş