Tramp Baydenin rəhbərliyi dövründə FES-də təyinatların qanuniliyini yoxlamağı tapşırıb
Tramp Baydenin rəhbərliyi dövründə FES-də təyinatların qanuniliyini yoxlamağı tapşırıb
Vaşinqton administrasiyasının rəhbəri Donald Tramp bildirib ki, köməkçilərinə ABŞ-nin 46-cı prezidenti Co Baydenin dövründə ölkənin Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sisteminin (FES) İdarə Heyətinin bir sıra üzvlərinin təyin edilməsinin qanuniliyini araşdırmağı tapşırıb.
Bu barədə ABŞ Prezidenti Pensilvaniya ştatının Maunt-Pokono şəhərində çıxışında bildirib.
Trampın sözlərinə görə, o, Baydenin sənədləri imzalamaq üçün avtomatik cihazdan – avtoqələmdən istifadə etdiyini düşünür.
"Eşitdim ki, bu təyinatlar avtoqələmlə imzalana bilər. Bu, FES-in İdarə Heyətinin sədri Jerom Pauellə də aid ola bilər", - o qeyd edib.
Tramp ABŞ Prezidentinin xüsusi icazə olmadan bu cür sənədləri imzalamaq üçün avtoqələmdən istifadə etmək hüququnun olmadığını vurğulayıb.
"Düşünürəm ki, kimsə buna baxmalıdır. Orada olmasına icazə verilməyən insanlar təyin edildi",- Tramp deyib. O, zaldakı toplantıda iştirak edən ABŞ-nin maliyyə naziri Skott Bessent ə vəziyyəti yoxlamaq üçün müraciət edib.
Tramp həmçinin xatırladıb ki, 28 noyabrda Baydenin avtoqələmlə imzaladığı hər hansı sənədin qüvvədə olmadığını elan edib və bu qəbildən olan sənədlərin "təxminən 92 %" təşkil etdiyini bildirib. O, iddia edib ki, radikal solçu demokratlar faktiki olaraq prezidentlik səlahiyyətlərini Baydendən əlindən alıblar. Tramp dəfələrlə Baydenin sənədləri şəxsən imzalamadığını və ətrafının avtoqələmdən istifadə etdiyini iddia edib.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib