Tramp İran rəhbərliyi ilə danışıb - Ağ Ev başçısı hansı şərtləri irəli sürüb?
Tramp İran rəhbərliyi ilə danışıb - Ağ Ev başçısı hansı şərtləri irəli sürüb?
ABŞ Prezidenti Donald Tramp son günlərdə İran rəhbərliyi ilə əlaqə saxladığını bildirib.
Bunu Birləşmiş Ştatların lideri jurnalistlərlə söhbətində deyib.
O, Tehranı nüvə silahı hazırlamaqdan imtinanın vacibliyinə və iğtişaşlara qarşı qeyri-mütənasib güc tətbiq etməməyə inandırmaq üçün danışıqların davamında maraqlı olduğunu söyləyib.
Tramp İran hakimiyyəti ilə təmaslarının məzmununa da toxunub: "Mən onlara iki şey dedim: birincisi, nüvə silahlarından imtina edin və ikincisi, etirazçıları öldürməyi dayandırın".
ABŞ lideri İran İslam Respublikasında baş verən etiraz aksiyaları zamanı minlərlə insanın öldürüldüyünü də vurğulayıb.
"İrana doğru gedən çoxlu sayda böyük və güclü ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri var. Onlardan istifadə etməsəydik, əla olardı", - deyə Tramp bildirib.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar.
İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.







Oxşar -Yeniinfo.az
Səudiyyə Ərəbistanından Türkiyəyə dəmir yolu xətti çəkiləcək
İran Hörmüz boğazında nəzarəti gücləndirir
Türkiyədə uşaq bayramı tədbirləri təxirə düşdü
İran 5 ölkəyə xəbərdarlıq etdi
Ukrayna yeni dronun istehsalına başladı
Kremldən Putin-Zelenski görüşü ilə bağlı - Açıqlama
Müzakirələr üçün əsas maneə bunlardır - Pezeşkian
Kiminlə razılaşacağımızı bilirik, vahid təklif gözləyirik - ABŞ