Tramp İranla bağlı gecikdi - Markov
Tramp İranla bağlı gecikdi - Markov
Rusiyalı politoloq Sergey markov İrandakı son proseslərə münasibət bildirib.
Markov İran hakimiyyətinin etirazları nəzarət altına aldığını və ABŞ-ın gecikdiyini iddia edib.
“1. Etirazlar əsasən yatırılıb. Görünür, minə yaxın ölü var.
2. ABŞ indi hücum etməyəcək: ordu mövqe tutmayıb və ABŞ daxilində kəşfiyyat orqanları Vaşinqtonun indiki zərbələrinin ayətullah rejimini yalnız gücləndirəcəyini düşünür.
3. Tramp etirazçıları üsyana çağırır, amma artıq çox gecdir. Etirazlar yatırıldı.
4. Qərb mediasında çox sayda yalan tirajlanır: “Röyters” ölənlərin sayının 2 min, NYT artıq 3 min olduğunu bildirib və CBS onların sayının 20 minə qədər ola biləcəyini yazıb. Trampı İrana qarşı kütləvi hücumlar başlatmağa sövq edən İsrail tərəfdarı mediadır.
5. İranın əsas dostları olan Çin və Rusiya izləyəcək: indi İranın başına nələr gələcək?”, - o qeyd edib.







Oxşar -Yeniinfo.az
Səudiyyə Ərəbistanından Türkiyəyə dəmir yolu xətti çəkiləcək
İran Hörmüz boğazında nəzarəti gücləndirir
Türkiyədə uşaq bayramı tədbirləri təxirə düşdü
İran 5 ölkəyə xəbərdarlıq etdi
Ukrayna yeni dronun istehsalına başladı
Kremldən Putin-Zelenski görüşü ilə bağlı - Açıqlama
Müzakirələr üçün əsas maneə bunlardır - Pezeşkian
Kiminlə razılaşacağımızı bilirik, vahid təklif gözləyirik - ABŞ