Tramp Müdafiə Departamentinin adını dəyişmək niyyətindədir
Tramp Müdafiə Departamentinin adını dəyişmək niyyətindədir
ABŞ Prezidenti Donald Tramp Müdafiə Departamentinin adını Müharibə Departamenti adlandıra bilər.
Ağ Ev rəhbəri bu barədə Cənubi Koreya Prezidenti Li Çje Myon ilə görüş zamanı bildirib.
Onun sözlərinə görə, müdafiə departamentin işinin bir hissəsidir və onun içində hücum da var. "Ancaq mən dəyişəcəyimizi düşünürəm. Müharibə Departamenti olanda bizim inanılmaz bir qələbə tariximiz var idi”,- deyə Tramp əlavə edib.
Xatırladaq ki, Müharibə Departamenti 1789-cu ildə Corc Vaşinqton tərəfindən yaradılıb. O, 1947-ci ildə o vaxtkı prezident Harri Truman tərəfindən yenidən təşkil edilənədək mövcud olub. 1949-cu ildə Müdafiə Departamenti adlandırılıb.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..