Tramp Qazaxıstanın “İbrahim Sazişi”nə qoşulduğunu açıqlayıb
Tramp Qazaxıstanın “İbrahim Sazişi”nə qoşulduğunu açıqlayıb
"İsrail ilə münasibətləri yaxşılaşdırmağı hədəfləyən Qazaxıstan “İbrahim Sazişi”nə qoşulur."
Bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.
Qazaxıstanın iştirakını elan edən Tramp, bu güclü kluba qoşulmaqda maraqlı olan bir çox ölkənin olduğunu deyib.
Qeyd edək ki, Ağ Evdə keçirilən Orta Asiya Zirvə Görüşündə Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rəhman, Qırğızıstan Prezidenti Sadir Japarov və Türkmənistan Prezidenti Serdar Berdimuhammedov ilə görüşüb.
Zirvə Görüşünün davam etdiyi vaxtda Tramp sosial media hesabında Qazaxıstanın sazişə qoşulduğunu açıqlayıb.
"Qazaxıstan mənim ikinci müddətimdə “İbrahim Sazişi”nə qoşulan ilk ölkə olacaq. Bu güclü kluba qoşulmaqda maraqlı olan bir çox ölkə var", - Tramp yazıb.
Tramp həmçinin İsrailin baş naziri Benyamin Netanyahu ilə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev arasında telefon danışığı olduğunu bildirib.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..